zeno
Create a Station
Explore
Religious
Music
News
Podcasts
Bible
By Genre
By Location
By Language
Download App
Opens in a new window
Toggle Sidebar
zeno
Dalğa FM
Dalğa FM
Music Interviews
Music
Society & Culture
Azerbaijani
"Dalğa FM" 92.5 FM
"Dalğa"nı tut, fərqi hiss et
Website
Episodes
Episodes
300
24 July 2026
Uşaqlar və informasiya təhlükəsizliyi I Valideyn saatı
"Valideyn saatı" verilişinin qonağı media eksperti Müşfiq Ələsgərli ilə uşaqların internetdə qarşılaşa biləcəyi risklər, saxta məlumatların təsiri, kibertəhlükələr, sosial şəbəkələrdən təhlükəsiz istifadə qaydaları, valideyn nəzarətinin əhəmiyyəti və rəqəmsal savadlılığın artırılması yolları haqqında danışdıq.
30 min
24 July 2026
Elşən Rüstəmovla aktyorluq sənəti, yaddaqalan rollar və yeni layihələr I Sənətin səsi
"Sənətin səsi" verilişinin qonağı aktyor, Əməkdar artist Elşən Rüstəmov oldu. Teatr səhnəsində və ekranlarda yaddaqalan obrazlar yaradan sənətkarla yaradıcılıq yolu, aktyorluq peşəsinin incəlikləri, səhnə və kamera qarşısında qazandığı təcrübələr, eləcə də yeni layihələri barədə söhbət etdik.
40 min
23 July 2026
Moda biznesində uğur qazanmağın sirləri I Biznes inciləri
"Biznes inciləri" verilişinin qonağı "Tuva" brendinin təsisçisi Şəbnəm Bayramova brendin yaranma hekayəsindən, yerli moda sənayesində uğur qazanmağın sirlərindən, dizayn yanaşmasından və Azərbaycan mədəniyyətinin müasir geyimlərdə əks etdirilməsindən danışdı. O, həmçinin sahibkarlıq yolunda qarşılaşdığı çətinlikləri, beynəlxalq moda mühitində qazandığı təcrübəni və gələcək hədəflərini bölüşdü
46 min
23 July 2026
Xalq artistinin sənət yolu və musiqi irsi | Məmmədbağır Bağırzadə I Sənətin səsi
"Sənətin səsi" verilişində Xalq artisti Məmmədbağır Bağırzadənin zəngin sənət irsi haqqında söhbət etdik. Verilişin qonaqları sənətkarın oğlu Rahim Bağırzadə və nəvəsi Məmmədbağır Bağırzadə onun sənət yolu, illər keçsə də sevilərək dinlənilən mahnıları, xatirələri və onun Azərbaycan musiqisinə bəxş etdiyi irs barədə danışdılar.
35 min
22 July 2026
Novruz Aslanın sənət yolu: Sevilən mahnıların yaranma hekayəsi I Sənətin səsi
48 min
21 July 2026
Afaq Mustafayeva: "Food blogger" olmağın sirləri I Biznes inciləri
"Biznes inciləri" verilişinin qonağı "food blogger" və şef Afaq Mustafayeva ilə kulinariya sahəsində uğur qazanmağın sirləri, şəxsi brend quruculuğu və rəqəmsal platformalarda məzmun istehsalının incəlikləri barədə söhbət apardıq. Afaq Mustafayeva həmçinin peşəkar mətbəx təcrübəsi, "food blogger" kimi fəaliyyət göstərməyin üstünlükləri və çətinlikləri haqqında fikirlərini bölüşdü.
36 min
21 July 2026
İlahə Şıxlinskaya ilə televiziya dünyasına səyahət I Sənətin səsi
"Sənətin səsi" verilişinin qonağı aparıcı İlahə Şıxlinskaya ilə televiziya fəaliyyətinə başladığı anlar, aparıcılıq peşəsinin görünməyən tərəfləri, efir mədəniyyəti, media sahəsində qazandığı təcrübələrdən danışdıq.
39 min
20 July 2026
Azad Şükürov: Rollar, xatirələr və sənət yolu I Sənətin səsi
"Sənətin səsi"ndə aktyor, Əməkdar artist Azad Şükürov qonaq oldu. Verilişdə onun yaradıcılıq yoluı, aktyorluğun görünməyən tərəflərindən, Azad Şükürovun sənət həyatında iz qoyan rollarından, yadda qalan ekran işlərindən danışdıq.
42 min
17 July 2026
Mirzə Babayev haqqında xatirələr | Nəvəsi Emin Babayev danışır I Sənətin səsi
Xalq artisti Mirzə Babayevin yaradıcılığına həsr olunan "Sənətin səsi" verilişinin budəfəki qonağı sənətkarın nəvəsi Emin Babayev oldu. Verilişdə Mirzə Babayevin ömür yolu, musiqi fəaliyyəti, estrada musiqisinin formalaşmasındakı xidmətləri haqqında danışdıq.
34 min
16 July 2026
Müasir PR-da Yeni Trendlər I Biznes inciləri
"Biznes inciləri" verilişinin qonağı PR və strateji kommunikasiya üzrə ekspert, təlimçi Günel Əhmədova ilə ictimaiyyətlə əlaqələrin müasir dünyada rolu, PR sahəsində son tendensiyalar haqqında danışdıq. Qlobal PR Günü münasibətilə peşənin cəmiyyət, media və biznes arasında etibarlı körpü yaratmaq missiyasına nəzər saldıq.
32 min